Rusiya-Ukrayna arasında dəyişdirilən əsirlərin sayı AÇIQLANDI

13:22 - 23 Fevral 2023

Rusiya-Ukrayna arasında dəyişdirilən əsirlərin sayı AÇIQLANDI

Fevralın 24-də Rusiya-Ukrayna müharibəsi başlayandan sonra hər iki tərəfdən çoxlu əsgər və mülki vətəndaş əsir götürülüb. Bu çərçivədə Rusiya ilə Ukrayna arasında zaman-zaman edilən mübadilə ilə azad edilən əsirlərin sayı açıqlanıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri 2000-dən çox əsir dəyişdirilib.

Rusiya Müdafiə Nazirliyi bu günə qədər Kiyevdə saxlanılan ən azı 800 rus əsgərinin əsir mübadiləsi əməliyyatlarında azad edildiyini açıqlayıb.

Ukrayna prezidenti Volodimir Zelenski fevralın 4-də Telegram-da verdiyi açıqlamada əsir mübadiləsi ilə 24 fevral 2022-ci ildən bu yana 1762 ukraynalının ölkələrinə qayıtdığını bildirib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az