İsveçin baş naziri Ulf Kristersson bildirib ki, Türkiyə ilə NATO-ya üzvlüklə bağlı Quranın yandırılması təxribatından sonra dayandırılan danışıqlar gələn ay bərpa olunacaq.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Kristersson Türkiyə ilə NATO-ya üzvlüklə bağlı danışıqların martın ortalarına doğru davam etdiriləcəyini bildirib.
O, “Həmçinin (danışıqlar üçün) bir tarix var, bu, sirr deyil, amma biz təsdiqini gözləyirik” – deyə əlavə edib.
Manşet.az