Türkiyənin Kahramanmaraş vilayətində baş verən zəlzələnin ardından Diyarbakır şəhərinin Kayapınar bölgəsində dağıntılar 18 gündür ki tüstüləyir.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, hadisə rayonun Fabrika məhəlləsində qeydə alınıb.
Yerli sakinlər iddia edirlər ki, tüstülənmə zəlzələ baş verən ilk gündən bu yana davam edir.
Bu səbəbdən də ətrafdakılar Dicle Universiteti Mədən Mühəndisliyi bölümünün müəllimi Prof. Dr. Orhan Kavaka məlumat veriblər. Sözügedən yerdən nümunələr götürən professor ərazi ilə bağlı araşdırmalar apardıqdan sonra bildirib ki, tüstülənmə zəlzələ ilə bağlı deyil.
İlkin məlumata görə, tüstü zərərçəkənlər tərəfindən isinmək məqsədilə qalanan ocaqla əlaqədardır. Sönməməsinin səbəbi isə dağılan binanın altındakı tullantılardır. Mənşəyi məlum olmayan yağlar və tullantılar yanaraq tüstülənməyə səbəb olub.
Mütəxəssis onu da qeyd edib ki, tüstü insan orqanizminə ziyanlı olduğundan tez bir zamanda qarşısı alınmalıdır.