G7 Ukraynaya 39 mlrd. dollar yardım edəcək

19:36 - 23 Fevral 2023

G7 Ukraynaya 39 mlrd. dollar yardım edəcək

G7 ölkələri (Böyük Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və ABŞ) 2023-cü ildə Ukraynaya 39 milyard ABŞ dolları həcmində iqtisadi yardım edəcək.

 

Manset.az xəbər verir ki, qərar blokun maliyyə nazirlərinin və mərkəzi bank rəhbərlərinin müharibənin birinci ili ərəfəsində keçirilən görüşündən sonra qəbul edilib.

“2023-cü il üçün Ukrayna hökumətinin ehtiyacları əsasında biz öz büdcə öhdəliklərimizi və iqtisadi dəstəyimizi 39 milyard dollara çatdırmışıq”,- deyə bəyanatda bildirilib.

Yaponiyanın maliyyə naziri Şuniçi Suzuki isə jurnalistlərə açıqlamasında bildirib ki, növbəti addımlar atılmadan əvvəl Rusiyaya tətbiq edilən sanksiyaların effektivliyi dəyərləndirilməlidir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az