NATO-nun baş katibi Yens Stoltenberq İsveçin NATO-ya üzvlüyü üçün Türkiyə ilə danışıqlarda irəliləyiş əldə edildiyini bildirib.
Manset.az BBC-yə istinadən xəbər verir ki, o, Prezident Rəcəb Tayyib Ərdoğan və üç ölkənin nümayəndələrinin martın ortalarında NATO-nun Brüsseldəki qərargahında görüşəcəyini bildirib.
Stoltenberq bildirib ki, onun məqsədi İsveçin iyulda keçiriləcək NATO sammitindən əvvəl Finlandiya ilə alyansa qoşulmasını təmin etməkdir.
Stoltenberq bildirib ki, İsveçdə Quran yandırıldıqdan sonra Türkiyə danışıqları dondurub. NATO rəhbri bu dəfə əvvəlki açıqlamalarına nisbətən daha ümidli əhval-ruhiyyədə olduğunu da əlavə edib.
Fevralın 6-da Kahramanmaraş zəlzələsindən sonra Türkiyəyə səfər edən Stoltenberq bu səfərdə İsveç və Finlandiyanın üzvlük üçün siyasi əlaqə quracağını açıqlayıb.
Türkiyə İsveç və Finlandiyanın YPG və Gülən təşkilatını dəstəklədiklərini əsas gətirərək NATO-ya qoşulmaqlarına razılıq verməmişdi.
Jalə
Manşet.az