Şimali Koreya hərbi təlimlər çərçivəsində 4 strateji qanadlı raketi uğurla sınaqdan keçirdiyini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ötən günlərdə ardıcıl ballistik raket sınaqları ilə Koreya yarımadası və ətrafında təhlükəsizlik gərginliyini artıran Şimali Koreya bu dəfə strateji qanadlı raketlər atıb. Keçirilən hərbi təlim çərçivəsində Şimali Koreya Kimçaek şəhərindən Yapon dənizinə doğru 4 ədəd “Hvasal-2” strateji qanadlı raket atıb.
Əvvəllər müəyyən edilmiş hədəflərin uğurla vurulduğu qeyd edilib. Təlim çərçivəsində Şimali Koreyanın nüvə qarşısının alınmasının əsas güclərindən birini təşkil edən silah sisteminin etibarlılığının və strateji qanadlı raket bölmələrinin əməliyyat imkanlarının təsdiqləndiyi açıqlanıb.
Manşet.az