İngiltərədən Rusiyanın döyüş meydanında istifadə etdiyi məhsullara SANKSİYA

13:51 - 24 Fevral 2023

İngiltərədən Rusiyanın döyüş meydanında istifadə etdiyi məhsullara SANKSİYA

Böyük Britaniya Rusiya tərəfindən döyüş meydanında istifadə edildiyi aşkar edilən hər bir məhsulun ixracına qadağa da daxil olmaqla, yeni sanksiyalar paketi elan edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya-Ukrayna müharibəsinin birinci ildönümündə Britaniya Xarici İşlər Nazirliyi bəyanat yayaraq, beynəlxalq səviyyədə razılaşdırılmış sanksiyaların və ticarət tədbirlərinin təyyarə hissələri, radio avadanlıqları və elektron komponentləri hədəf alacağını bildirib.

Açıqlamada, Rusiyanın enerji şirkəti Rosatom, iki müdafiə şirkəti və 4 Rusiya bankının yüksək səviyyəli rəhbərləri də daxil olmaqla 92 şəxs və təşkilata sanksiya tətbiq ediləcəyi, üçüncü ölkələrdə emal olunmuş dəmir-polad məmulatları da daxil olmaqla 140 adda malın idxalının qadağan olunacağı qeyd edilib.

Rusiya prezidenti Vladimir Putinin əsas sənayelərini idarə edən elitalara qarşı sanksiyalar tətbiq etdiyini bildirən Kleverli, “Rusiyanın döyüş meydanında istifadə etdiyi hər hansı məhsulun Rusiyaya ixracını qadağan etməyə qərarlıyıq” – deyə əlavə edib.

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az