Rusiyanın Ukraynaya qarşı müharibəsindən bir il ötür.
Manset.az Türk mediasına istinadən xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Rusiya-Ukrayna müharibəsinin 1-ci ildönümü münasibətilə paytaxt Kiyevdə keçirilən mərasimdə ordu üzvlərinə və onların yaxınlarına dövlət medallarını təqdim edib.
Mərasimdə çıxış edən Zelenski hazırda ölkənin müxtəlif yerlərində vətən uğrunda vuruşan, qələbəni yaxınlaşdıran və Ukraynaya çətinliklərin öhdəsindən gəlməyə kömək edən döyüşçülərə minnətdarlığını bildirib.
Zelenski deyib: “Mən Ukrayna uğrunda döyüşən hər kəsə demək istəyirəm ki, səninlə fəxr edirəm. Biz hamımız sizinlə fəxr edirik” dedi.
30 dəqiqə davam edən mərasimdə müharibədə həyatını itirən ukraynalı əsgərlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Jalə
Manşet.az