Misirdə hərbi təyyarə qəzaya uğradı

21:09 - 26 Fevral 2023

Misirdə hərbi təyyarə qəzaya uğradı

Misirdə hərbi təyyarə qəzaya uğrayıb . 

 

Manset.az xəbər verir ki, bu barədə Misir silahlı qüvvələrinin nümayəndəsi polkovnik Qərib Abdel-Hafizin bəyanatında bildirilib. 

Polkovnikin sözlərinə görə, təyyarə təlim uçuşu zamanı texniki nasazlıq səbəbindən qəzaya uğrayıb. Eyni zamanda pilot “xəsarət almadan sağ qalmağı” bacarıb.

Nasazlığın xarakteri və insidentin səbəbi açıqlanmır, təyyarənin növü də açıqlanmır - Misir ordusunun nümayəndəsi bunun təlim təyyarəsi olduğunu qeyd edib.

Misir Hərbi Hava Qüvvələri Mirage 2000B, Mirage 5-SDD, F-16B/D, MiG-21UM təlim qırıcıları, həmçinin L-39, L-59E, EMB-312, Alphajet MS1 və MS2 döyüş təlim təyyarələri ilə silahlanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az