İsraildə bu şəxslər üçün ölüm cəzası qanun layihəsi təsdiqləndi

10:01 - 27 Fevral 2023

İsraildə bu şəxslər üçün ölüm cəzası qanun layihəsi təsdiqləndi

İsrailin Qanunvericilik Nazirləri Komitəsi İsraildə "terrorçu cinayətkarlar" üçün ölüm cəzasını tətbiq edən qanun layihəsini təsdiqləyib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, baş nazir Benyamin Netanyahu, Twitter hesabından verdiyi açıqlamada, "Nazir Itamar Ben-Gvir ilə qanunvericilik işləri üzrə Nazirlər Komitəsində terrorçular üçün ölüm cəzası qanun layihəsini təsdiq etdik. Terrorçuların qarşısını almaq və İsrailin təhlükəsizliyini qorumaq üçün təhlükəsizlik, əməliyyatlar və qanunvericilik də daxil olmaqla bütün məsələlərdə qərarlar qəbul etməyə davam edəcəyik” – deyib.

Qanun layihəsi İsrail parlamentində (Knessetdə) keçiriləcək hər üç səsvermədə qəbul olunsa və qüvvəyə minərsə, “İsrail vətəndaşlarına qarşı terror cinayətləri” törədənlər ölüm cəzasına məhkum edilə bilər.

İsrail mediası öz xəbərlərində edam cəzası ilə bağlı qanun layihəsinin yalnız israillilərə qarşı törədilən terror aktlarına görə tətbiq ediləcəyini, fələstinlilərə qarşı terror aktlarının yer almayacağını vurğulayıb.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az