Bu ölkə Ukraynaya helikopterlər göndərəcək

11:35 - 27 Fevral 2023

Bu ölkə Ukraynaya helikopterlər göndərəcək

Avropa İttifaqı ölkəsi Xorvatiya Ukraynaya 14 helikopter göndərmək üçün hazırlıqlara başlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Xorvatiya Ukraynaya 12 Mİ 8 MTV-1 tipli və 2 Mİ 8 T tipli helikopter göndərəcək. Anqarlarında lazımi texniki baxışdan keçən helikopterlər 10 gün ərzində hazır olacaq.

Helikopterlər əvvəlcə Polşaya, sonra isə Ukraynaya çatdırılacaq.

Xorvatiya hökuməti Ukraynaya hərbi dəstəyi “gizli” saxlayarkən, baş nazir Andrey Plenkoviç isə noyabrda Ukraynaya 14 helikopter göndəriləcəyini bəyan etmişdi.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az