Fransaya aid PUA qəzaya uğradı

14:39 - 27 Fevral 2023

Fransaya aid PUA qəzaya uğradı

Fransa Hərbi Hava Qüvvələrinə aid olduğu təxmin edilən MQ-9 Reaper Pilotsuz Uçuş Aparatının Malidə qəzaya uğradığı açıqlanıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, "Reaper"ın qalıqlarının görüntüləri 24 fevral 2023-cü il tarixindən sosial mediada paylaşılıb. Düşmüş Reaperin silahsız və ya silahlı olduğu hələlik məlum deyil.

Fransa Hərbi Hava Qüvvələrinin inventarına həm silahsız Reaperlər, həm də Hellfire və Paveway kimi sursat daşıma qabiliyyətinə malik silahlı Reaperlər daxildir. Fransa Afrika regionunda Reaperlərdən çox fəal istifadə edir.

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az