Fransa prezidenti Emmanuel Makronun qatıldığı Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində nümayişçinin etirazından sonra dava düşüb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, yarmarkada “Çox əzmlə çalışan fermerlərimizə dəstək olmaq üçün buradayam” deyərək etiraz etmək istəyən nümayişçi Makronun qarşısına atılıb. Makronun mühafizəçilərinin qadın etirazçıya müdaxiləsi sərt olub.
Etirazçı mühafizəçilər tərəfindən saçından sürüklənərək ərazidən uzaqlaşdırılıb.
Manşet.az