Xəzər sahilində 18 nəfərin qalıqları TAPILDI - ŞOK (FOTO)

23:43 - 27 Fevral 2023

Xəzər sahilində 18 nəfərin qalıqları TAPILDI - ŞOK (FOTO)

Dağıstan müstəntiqləri Xəzər dənizi sahillərində 18 nəfərin qalıqları aşkar edildikdən sonra xüsusi araşdırma təşkil ediblər.

 

Manser.az oxu.az-a istinadən bildirir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin respublika üzrə istintaq idarəsinin mətbuat xidmətindən məlumat verilib.

"Xəzər dənizinin sahilində 18 insan skeleti aşkar edildikdən sonra Rusiya İstintaq Komitəsinin Dağıstan Respublikası üzrə İstintaq İdarəsinin müstəntiqləri yoxlama təşkil ediblər", - məlumatda deyilir.

Bildirilir ki, qalıqların 20-ci əsrin 30-cu illərinə aid olduğu müəyyən edilib.

Qeyd edək ki, ilkin olaraq Mahaçqalada yerli istirahət mərkəzinin yaxınlığında 18 nəfərin qalıqlarının tapıldığı barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Milli.Az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az