Rusiya Müdafiə Nazirliyi ABŞ-ın Ukraynada təxribata hazırlaşdığını iddia edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya ABŞ-ın Ukraynada kimyəvi silahla təxribat törədə biləcəyini iddia edib.
Nazirliyin açıqlamasında ABŞ-ın Rusiyadakı keçmiş səfiri Con Sullivanın “Rusiya əsgərləri kimyəvi silahdan istifadə etməyə hazırlaşır” sözlərinə istinad edilib və ABŞ-ın Ukraynada zəhərli kimyəvi maddələrlə təxribat törədəcəyi iddia edilib.
Rusiya ordusunun kimyəvi və bioloji silahlar bölməsinin rəisi İqor Krilov da, “Biz bu bəyanatları ABŞ və onun əməkdaşlarının zəhərli kimyəvi maddələrdən istifadə etməklə Ukraynada təxribat törətmək niyyətinin göstəricisi kimi görürük”, - deyə bildirib. O, qeyd edib ki, belə olan halda günahkarlar aşkar edilərək cəzalandırılacaq.
Manşet.az