İran hava məkanının üçdə ikisini əhatə edən müdafiə təlimlərinə başlayır

13:45 - 28 Fevral 2023

İran hava məkanının üçdə ikisini əhatə edən müdafiə təlimlərinə başlayır

İran Silahlı Qüvvələri və İnqilab Keşikçiləri Ordusu ölkənin hava məkanının üçdə ikisini əhatə edən genişmiqyaslı birgə hava hücumundan müdafiə təliminə başlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İran Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə bölməsi və İnqilab Keşikçiləri Ordusunun Hava-Kosmos Qüvvələrinin iştirakı ilə “Guardian Sky Defenders-1401” adlı genişmiqyaslı birgə hava hücumundan müdafiə təliminin başladığı açıqlanıb.

 Təlim sözçüsü Abbas Fercpur təlimdə İran istehsalı olan yerli hava hücumundan müdafiə sistemlərindən istifadə edildiyini bildirərək, təlimin ölkənin şimal-qərb, qərb və mərkəzindəki hava məkanlarında həyata keçiriləcəyini bildirib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az