Çindən Ermənistana 100 milyonluq yardım

19:37 - 28 Fevral 2023

Çindən Ermənistana 100 milyonluq yardım

Çin Ermənistana 100 milyon yuan (14,5 milyon dollardan çox) yardım verəcək.

 

Manset.az xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan məlumat verib.

O qeyd edib ki, yarım Ermənistan və Çin arasında imzalanan texniki-iqtisadi əməkdaşlıq haqqında sazişin ratifikasiyasından sonra veriləcək.

“Vəsait Ermənistan İctimai Televiziya Şirkətinin yayım zalının layihələndirilməsi və tikintisinə, eləcə də digər birgə layihələrin həyata keçirilməsinə yönəldiləcək”, - Səfəryan qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az