Peru polisi hərəkətlərindən şübhələndikləri kuryerin çantasında mumiyanı tapıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, polis Punodakı arxeoloji ərazidə şübhəli davranan adamın çantasında axtarış aparıb.
İzolyasiya edilmiş çantadan qədim mumiya çıxıb. Çantanın sahibi qalıqları dostlarına göstərmək üçün çantaya qoyduğunu deyib.
"Juanita" adını verdiyi mumiyanı evdə televizorun yanındakı qutuda saxladığını deyən kişi mumiyanı "bir növ mənəvi sevgili" adlandırıb.
Polis, yaşı 600-800 arasında olduğu və qadından çox kişiyə aid olduğu düşünülən mumiyanı müsadirə edərək Mədəniyyət Nazirliyinə təhvil verib.
Manşet.az