Taliban və İŞİD arasında qarşıdurma: Yüksək rütbəli şəxs öldürüldü

11:39 - 01 Mart 2023

Taliban və İŞİD arasında qarşıdurma: Yüksək rütbəli şəxs öldürüldü

Taliban sözçüsü çərşənbə axşamı bildirib ki, ötən həftə Əfqanıstanda keçirilən əməliyyatlarda iki yüksək rütbəli İŞİD üzvü Taliban təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Əfqanıstandakı Taliban hökumətinin baş sözçüsü Zabihullah Mücahid mətbuata verdiyi açıqlamada Taliban qüvvələrinin həftə sonu Kabildə keçirdiyi reyd zamanı İŞİD-in regional kəşfiyyat və əməliyyatlar rəisi Qari Fatehi zərərsizləşdirdiyini bildirib.

İŞİD-ə bağlı bir xəbər mənbəyi elə həmin gün Telegramda Fatehin ölümünü təsdiqləyən xəbər dərc edib.

Bu ayın əvvəlində Kabildə keçirilən əməliyyatda 3 İŞİD üzvü, o cümlədən yüksək səviyyəli lider İjaz Əmin Ahinqar öldürülüb. Mücahid son açıqlamasında ölümcül hücumlar planlaşdıran əcnəbi vətəndaşlar da daxil olmaqla, çox sayda İŞİD üzvünün də saxlanıldığını açıqlayıb.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az