Yaponiya Rusiyaya əlavə sanksiyalar üçün qərar qəbul edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Yaponiya hökuməti Rusiyanın hücumları ilə bağlı daha 143 nəfərin və təşkilatın sanksiya siyahısına daxil edilməsinə qərar verib. Rusiyada siyasətçilər, hərbi məmurlar, iş adamları və şirkətləri hədəf alan əlavə sanksiyalar çərçivəsində aktivlərin dondurulması və ixrac qadağası tədbirlərinin həyata keçiriləcəyi bəyan edilib.
Yeni sanksiyaların hədəfi olan qurumlar arasında Rusiyada yerləşən muzdlu şirkət “Vaqner Qrup”un da olduğu bildirilib.
Manşet.az