Rusiya Ukraynanın Krıma hücum etmək üçün göndərdiyi 10 PUA-nın vurulduğunu açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Krım səmasında Ukraynaya məxsus 10 PUA-nın vurulduğu bildirilib. 6 PUA-nın hava hücumundan müdafiə sistemləri ilə, 4-nün isə elektron döyüş üsulu ilə vurulduğu qeyd edilib.
Rusiya qeyd edib ki, hücum cəhdləri Krımda maddi ziyan və ya insan itkisinə səbəb olmayıb.
Manşet.az