ABŞ bu ölkəyə F-16 raketlərinin satışını təsdiqlədi

10:36 - 02 Mart 2023

ABŞ bu ölkəyə F-16 raketlərinin satışını təsdiqlədi

ABŞ Çinlə suverenlik münaqişəsində olan Tayvana F-16 döyüş təyyarələrində istifadə edilən 619 milyon dollarlıq raketlərin satışını təsdiqləyib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ Dövlət Departamentindən verilən açıqlamaya görə, Tayvana 100 ədəd "AGM-88B HARM" tipli 100 radar əleyhinə raket və "AMRAAM" tipli 200 ədəd hava-hava raketinin satışına icazə verilib.

Ümumilikdə 619 milyon dollara başa gələcək satışın "Tayvanın hava hücumundan müdafiə qabiliyyətini, regional təhlükəsizliyini və ABŞ ilə birgə əməliyyat qabiliyyətini artıracağı" vurğulanıb.

Silah satışının təsdiqlənməsinin Tayvanı öz ərazisi kimi görən Çinin reaksiyasına səbəb olacağı gözlənilir.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az