Türkiyədə zəlzələdə uçan binalarla bağlı həbs olunanların sayı artdı

14:24 - 02 Mart 2023

Türkiyədə zəlzələdə uçan binalarla bağlı həbs olunanların sayı artdı

Türkiyənin Kahramanmaraş bölgəsində baş verən zəlzələlər zamanı çox sayda binanın dağılması ilə bağlı həbs edilənlərin sayı 218 nəfərə çatıb. Bundan əvvəl 188 nəfərin həbs edilməsi ilə bağlı xəbər yayılıb.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, araşdırmalarda 869 şübhəlinin məsuliyyəti müəyyən edilib.

Şübhəlilərdən 31-nin həyatda olmadığı, beşinin xaricdə olduğu müəyyənləşib, 81 şübhəli ifadələri alındıqdan sonra sərbəst buraxılıb.

Zəlzələlərdən sonra bölgədə baş verən oğurluq hadisələri ilə bağlı 388 hadisə ilə əlaqədar 317 şübhəli müəyyən edilib. Bu şübhəlilərdən 206-sı həbs olunub, 37 nəfər barəsində məhkəmə nəzarəti həyata keçirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az