Rusiyaya texnoloji avadanlıq satan 2 nəfər həbs edildi

10:37 - 03 Mart 2023

Rusiyaya texnoloji avadanlıq satan 2 nəfər həbs edildi

ABŞ Ədliyyə Departamenti Rusiyaya aerokosmik texnologiyaları qeyri-qanuni ixrac etmək və avadanlıqların təmiri xidmətləri göstərmək iddiası ilə Kanzas ştatından olan iki kişini həbs edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Siril Qreqori Buyanovski və Duqlas Robertson sui-qəsddə, nəzarət edilən malları lisenziyasız ixrac etməkdə, elektron ixrac məlumatlarını saxtalaşdırmaqda və təqdim etməməkdə və ABŞ qanunlarını pozaraq qaçaqmalçılıqda ittiham olunurlar.

ABŞ-ın 2022-ci il fevralın 24-dən bəri Rusiyaya qarşı sanksiyalarına insanlara və şirkətlərə qarşı minlərlə sanksiyalar, Kreml üzərində ixrac nəzarəti, kompüter çipləri və müasir ordunun təchiz edilməsi üçün lazım olan digər məhsullar daxildir.

Ədliyyə Departamenti bildirib ki, Buyanovski və Robertson Rusiya şirkətlərini təyyarə elektronikası ilə təmin edən və Rusiya istehsalı olan təyyarələrdə istifadə olunan avadanlıqların təmiri xidmətləri göstərən “KanRus Trading Co” şirkətinə sahibdirlər.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az