“Sputnik V” vaksininin yaradıcılarından biri öldürüldü

18:52 - 03 Mart 2023

“Sputnik V” vaksininin yaradıcılarından biri öldürüldü

Koronavirusa qarşı "Sputnik V" vaksininin yaradıcılarından biri olan rusiyalı virusoloq Andrey Botikov Moskvada evində qətlə yetirilib.

 

Manset.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Regnum" agentliyi yayıb.

İnsident martın 2-si baş verib. İstintaq məlumatına görə, alimlə 29 yaşlı bir gənc arasında dava düşüb. Dava zamanı sözügedən şəxs Botikovu kəmərlə boğaraq öldürüb.

Polis qətli törədən şəxsi saxlayıb və o, öz təqsirini boynuna alıb. Onun əvvəllər ağır cinayətə görə məhkum olunduğu bildirilir. Davanın hansı səbəbdən baş verdiyi isə açıqlanmayıb.

Milli.Az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az