Nigeriyanın cənubundakı Rivers əyalətində qeyri-qanuni neft emalı zavodunda baş verən partlayış nəticəsində çoxlu insan həlak olub.
Manset.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rivers əyalətinin Rumuekpe bölgəsində qeyri-qanuni neft emalı zavodunda neftlə dolu avtobusun alovlanması nəticəsində partlayış baş verib.
Baş verən partlayışda çoxlu insan həyatını itirib, onlarla insan yaralanıb, çoxlu avtomobillər sıradan çıxıb.
Rivers polisinin sözçüsü Qreys İrinqe-Koko verdiyi açıqlamada əraziyə yanğınsöndürənlərin göndərildiyini bildirib.
Xatırladaq ki, keçən il Nigeriyanın Rivers və İmo ştatları sərhədində qanunsuz neft emalı zavodunda baş verən partlayışda 109 nəfər həlak olmuşdu.
Jalə
Manşet.az