ABŞ prezidenti Co Baydenin bədənində xərçəng hüceyrələrinin olduğu müəyyən edilib.
Manset.az xəbər verir ki, ABŞ prezidenti Co Baydenin həkimi Kevin O'Konnor Baydenin sinə nahiyəsindəki zədə üçün fevralın 16-da aparılan biopsiyanın nəticələrini açıqlayıb. Doktor O'Connor, biopsiya ilə alınan lezyonun "bazal hüceyrəli karsinoma" adlı bir dəri xərçəngi növü olduğunu bütün xərçəng toxumalarının uğurla çıxarıldığını, əlavəmüalicəyə ehtiyac olmadığını bildirib.
ABŞ-da prezident vəzifəsini tam yerinə yetirə bilməyəcəyi ilə bağlı iddialarla tez-tez gündəmə gələn 80 yaşlı Co Baydenin sağlamlıq hesabatı fevralın 17-də ictimaiyyətlə paylaşılıb. Doktor Kevin O'Connor, Walter Reed Milli Hərbi Tibb Mərkəzində müayinədən sonra verdiyi hesabatda Bayden üçün "O, prezidentlik, baş komandanlıq, ordunun rəhbəri kimi vəzifələrini yerinə yetirməyə uyğundur" ifadələrini işlədib.
Jalə
Manşet.az