Zelenski Donbasdakı vəziyyət haqqında: "Ən çətin və ağrılı döyüşlərdən biridir"

11:20 - 06 Mart 2023

Zelenski Donbasdakı vəziyyət haqqında: \"Ən çətin və ağrılı döyüşlərdən biridir\"

"Ən çətin və ağrılı döyüşlərdən biri Donbasdadır".

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Voldimir Zelenski xalqa müraciətində söyləyib.

O qeyd edib ki, yazın ilk həftəsi Ukrayna əsgərləri və dövlətin müdafiəsinə kömək edən hər kəs Ukrayna qələbəsini daha da yaxınlaşdırıb.

"Bu gün Donbasda döyüşən əsgərlərin cəsarəti, gücü və əyilməzliyini xüsusi qeyd etmək istərdim. Ən çətin və ağrılı döyüşlərdən biri gedir", - deyə Zelenski bildirib.

Ukrayna Prezidenti Baxmut, Uqledar, Avdiyiv, Seversk, Svatovsk, Liman və Zaporojye istiqamətlərində dövləti müdafiə edən hər kəsə təşəkkür edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az