TikTok trendi səbəbiylə zəhərlənən tələbələr xəstəxanaya yerləşdirildi

13:07 - 06 Mart 2023

TikTok trendi səbəbiylə zəhərlənən tələbələr xəstəxanaya yerləşdirildi

ABŞ-ın Boston şəhərində yerləşən Massaçusets Universitetində (UMass) “TikTok BORG trendi” səbəbiylə zəhərlənən bir çox tələbə xəstəxanada yerləşdirilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, UMass rəsmiləri, tələbələrinin qatıldığı əyləncə gecəsində "TikTok BORG trendi"nin səbəb olduğu həddindən artıq spirt istehlakı səbəbindən hadisə yerinə 28 təcili yardım maşınının göndərildiyini bildirib.

Zəhərlənən tələbələrin həyati təhlükəsinin olmadığını qeyd edən səlahiyyətlilər, hadisənin ciddiliyi ilə əlaqədar rayondakı bir çox dövlət qurumlarının səfərbər edildiyini qeyd edib.

Yerli polis hadisə ilə bağlı iki nəfərin saxlanıldığını bildirib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az