Gürcüstanda parlamentdə “Xarici təsirin şəffaflığı” qanun layihəsinin müzakirəsi zamanı deputatlar arasında mübahisə və dava düşüb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, iclasda ajiotajı parlamentdəki çoxluğun nümayəndəsi Henri Ohanaşvili və müxalifət deputatları başlayıb, daha sonra zalda dava davam edib.
Gürcü deputat Jeka Xerxeulidze, “Onlar bütün müxalifət deputatlarını, o cümlədən qadınları zorla qovdular. Bina polis tərəfindən mühasirəyə alınıb, jurnalistlərə buraxılmır, bu o deməkdir ki, qanun artıq başlayıb", - bildirib.
Qanuna etiraz edən nümayişçilər tərəfindən parlament qarşısında aksiya keçirilib, polis məclisin ətrafına yerləşdirilib.
Qanun layihəsinin müzakirəsi ötən həftə komitə səviyyəsində başlayıb. Qanunun əleyhdarları bunun Gürcüstanı Aİ-dən daha da uzaqlaşdıran xarici agentlər haqqında qanunvericiliyin “rus versiyası” olduğunu iddia edirlər.
“Xarici təsirin şəffaflığı” qanun layihəsini müxalif “Xalq hakimiyyəti” hərəkatı parlamentə təqdim edib. Qanun layihəsi xarici hökumətdən maliyyə alan qeyri-kommersiya təşkilatları, KİV və təşkilatların reyestrinin yaradılmasını nəzərdə tutur.
Manşet.az
Physical confrontation between Georgian MPs and chair of Legal Affairs Committee, Anri Okhanashvili pic.twitter.com/YwIIuljDJR
— Jelger Groeneveld (@jelger_) March 6, 2023
Eu and Georgia flags outside the parliament right now with the EU anthem on the background. pic.twitter.com/JhviaWFhx3
— Mariam Nikuradze (@mari_nikuradze) March 6, 2023