Rusiya uzunmüddətli perspektivdə artıq məğlub olub -  Ben Uolles

21:28 - 06 Mart 2023

Rusiya uzunmüddətli perspektivdə artıq məğlub olub -  Ben Uolles

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles İngiltərənin paytaxtı Londonda hakim Mühafizəkarlar Partiyası tərəfdarı "Mühafizəkarlar Evi"nin təşkil etdiyi müdafiə və təhlükəsizlik konfransında iştirak edib.

 

Manset.az Türk mediasına istinadə xəbər verir ki, Ben Uolles Rusiyanın beynəlxalq nüfuzunun getdikcə aşağı düşdüyünü və bu vəziyyətin yaxın illərdə dəyişmə ehtimalının olmadığını bildirib. O,  “Uzun müddətdə və bir növ qlobal makro mövqeləşdirmədə Rusiya artıq uduzub” cümləsini də işlədib.

Uolles Rusiya-Ukrayna müharibəsi ilə bağlı da qiymətləndirmələr apararaq, “Uzun müddətdə və bir növ qlobal makro mövqeləşdirmədə Rusiya artıq uduzdu” deyib.

Rusiyanın beynəlxalq reputasiyasının əvvəldən çox az olduğunu deyən Uolles, indiki Rusiya hökuməti indiki mövqeyini davam etdirdiyi müddətcə bu vəziyyətin yaxın bir neçə ildə dəyişmə ehtimalının olmadığını bildirib.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az