Türkiyədə zəlzələdə ölənlərin sayı 46 mini KEÇDİ

22:08 - 06 Mart 2023

Türkiyədə zəlzələdə ölənlərin sayı 46 mini KEÇDİ

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 46 mini keçib.

 

Manset.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

Dövlət başçısı bildirib ki, təbii fəlakət zamanı 46 104 nəfər həlak olub.

Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ baş verib. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntıya və on minlərlə insan itkisinə səbəb olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az