Zelenski kəşfiyyatdakı bəzi rəhbərləri işdən çıxardı

10:07 - 07 Mart 2023

Zelenski kəşfiyyatdakı bəzi rəhbərləri işdən çıxardı

Zelenskinin kəşfiyyatdakı bəzi rəhbərlərin işdən çıxarılması ilə bağlı fərmanlar imzalayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, fərmanlara əsasən, Ukrayna kəşfiyyatının rəis müavini SBU Yakuşev, İqtisadi Təminat Departamentinin rəhbəri Aleksandr Provotorov və Dövlət Sirrinin Mühafizəsi və Lisenziyalaşdırma İdarəsinin rəisi İqor Nosko tutduqları vəzifələrdən azad ediliblər.

SBU-nun Zaporojye departamentinin rəhbəri Boris Bezrukini və Sumi şöbəsinin müdiri Eduard Fedorovu da vəzifədən azad edən Zelenski Oleq Krasnoskapkanı Sumi şöbəsinin müdiri təyin edib.

Zelenski həmçinin Oleq Hramovu SBU-nun Dövlət Sirrinin Mühafizəsi və Lisenziyalaşdırma Departamentinin rəhbəri təyin edib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az