Ukrayna prezidenti Volodimir Zelenski Donetsk və Luqansk vilayətləri arasında yerləşən və strateji nöqtə sayılan Baxmut şəhəri ilə bağlı açıqlama verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Zelenski, şiddətli toqquşmaların davam etdiyi şəhəri müdafiə etməyə davam edəcəklərini bildirib:
“Baş Qərargahın bu gün keçirilən iclasında mən birbaşa olaraq həm Xortitsiyanın komandiri general Sırskidən, həm də Ali Baş Komandan Zalujnıdan Baxmut bölgəsi, geri çəkilmək, yoxsa şəhəri müdafiə və möhkəmləndirmək barədə fikirlərini soruşdum. Hər iki general geri çəkilməyin və müdafiıni möhkəmləndirin dedi. Bu fikir yekdilliklə dəstəkləndi. Başqa şərh verilməyib”.
Ukraynanın hər bir hissəsinin “vacib bölgə” olduğunu vurğulayan Zelenski, “Ukraynanın tərk ediləcəyi deyilə biləcək heç bir hissəsi yoxdur. Elə bir Ukrayna səngəri yoxdur ki, orada döyüşçülərimizin dözümlülüyü və qəhrəmanlığı diqqətdən kənarda qalsın. Biz işğalçını hər yerdə məhv edirik. Ukraynanın bütün tərəflərini müdafiə edirik və bundan sonra da müdafiə edəcəyik. Zamanı gələndə ölkəmizin hər bir şəhərini, kəndini azad edəcəyik” - əlavə edib.
Manşet.az