ABŞ-da uçuş zamanı təyyarənin təcili çıxış qapısını açmağa cəhd edən və stüardessaya hücum edən sərnişin saxlanılıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Los-Anceles-Boston reysi ilə uçan təyyarədə təcili çıxışlardan birinin açılmasına cəhd edildiyi barədə həyəcan təbili çalıb.
Qapı tam bağlı olarkən stüardessalardan biri açılmağa çalışılan təcili çıxış qapısının yanında 33 yaşlı sərnişin Fransisko Severo Torresi gördüyünü və qapıya müdaxilə etdiyini bildirib.
Daha sonra Torres oturduğu yerdən qalxaraq, sınıq metal qaşıqla kabina xidmətçisinin boynuna bıçaq zərbəsi endirməyə çalışıb. Sərnişinlərin köməkliyi ilə Torres stüardessalar tərəfindən yerə yıxılaraq nəzarətə alınıb.
Təyyarə Bostonun hava limanına təhlükəsiz eniş etdikdən sonra Torres saxlanılıb.
O, metal qaşığı sındırdığını və stüardessalardan birinin onu öldürməyə çalışdığına inandığı üçün təyyarədən tullanmaq istədiyini etiraf edib.
Manşet.az