Çinin xarici işlər naziri Qin Qanq keçirdiyi mətbuat konfransında Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlamalar verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Çinin qınanmağa və sanksiyaya layiq olmadığını vurğulayan Qanq, heç bir tərəfə silah verilmədiyini bildirib:
“Çin böhranın yaradıcısı və ya birbaşa iştirak edən tərəf deyil. Çin günahlandırmaq, hətta sanksiyalar və təhdidlərə layiq görüləcək nə etdi? Bu, qətiyyən qəbuledilməzdir”.
Manşet.az