İranda daha çox qız məktəblərində baş verən və ölkədə etirazlara səbəb olan kütləvi zəhərlənmə hadisələri ilə bağlı bəzi şəxslərin saxlanıldığı bildirilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İranın daxili işlər nazirinin müavini Məcid Mirəhmedi tələbələrin kütləvi zəhərlənməsi ilə əlaqəli olduğu müəyyən edilən bəzi şəxslərin 5 vilayətdə kəşfiyyat qrupları tərəfindən saxlanıldığını açıqlayıb.
Nə qədər adamın saxlandığını dəqiq açıqlamayan Mirəhmedi, “Kəşfiyyat orqanlarının apardığı kəşfiyyat və araşdırma tədbirləri əsasında 5 ştatda bəzi şəxslər saxlanılıb və aidiyyatı qurumlar məsələ ilə bağlı genişmiqyaslı araşdırma aparır" – deyib.
Manşet.az