Fransanın Avropa İttifaqı işləri üzrə dövlət naziri Lorens Bun Bosniya və Herseqovinanın paytaxtı Sarayevoya səfər edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Bun səfəri zamanı Bosniya və Herseqovinaya dəstəyini ifadə edib.
Tərəflərin iki ölkə arasındakı münasibətlərə toxunduğu görüşdə fransalı nazir ölkəsinin Bosniya və Herseqovinanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini və ölkəyə bütün sahələrdə, xüsusilə Aİ-yə inteqrasiya prosesində köməklik etmək əzmində olduğunu bildirib.
Manşet.az