Rusiya 300 min əsgərlə hücuma hazırlaşır

09:55 - 08 Mart 2023

Rusiya 300 min əsgərlə hücuma hazırlaşır

Ukraynanın şərqində Rusiya qüvvələri Luqansk vilayətindən Donetsk vilayətinin Uqledar bölgəsinə doğru irəliləməyə çalışacaqlar. Bunun üçün düşmənin üç dəstəsi var.

 

Manset.az Axar.az-a istinadən xəbər verir ki, bunu ukraynalı hərbi analitik Aleksey Getman bildirib.

"Dəstələrdən biri Kupyanski və Liman istiqamətindədir, təxminən 120 min hərbçi var. Baxmut ətrafında 30-50 min, cənubda Uqledar yaxınlığında, təxminən 150 min əsgər cəmləşib. Bu, onların irəliləməyə çalışacağı üç yerdir", – ekspert vurğulayıb.

Getman qeyd edib ki, hava şəraiti ukraynalı müdafiəçilərin xeyrinədir, çünki indiki şəraitdə ağır texnika ilə hərəkət etmək mümkün deyil.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az