ABŞ-nin Florida ştatında yüngülmotorlu təyyarələrin toqquşması nəticəsində dörd nəfər həlak olub.
Manset.az oxu.az-a istinadən xəbər verir ki, qəza ilə bağlı araşdırma aparan hüquq-mühafizə orqanları ölənlərin sayının artacağını istisna etməyiblər.
Məlumatda, həmçinin bildirilir ki, təyyarələr toqquşandan sonra qəza baş verən ərazinin yaxınlığındakı gölə düşüblər.
Toqquşmanın səbəbləri müəyyənləşdirilir.