İsveç hökuməti NATO-ya üzvlüyə qəbul barədə qanun layihəsini parlamentə təqdim edib.
Manset.az APA-ya istinadən xəbər verir ki, İsveç hökumətinin mətbuat üçün yaydığı məlumatda bildirilib ki, əgər parlament qanun layihəsini qəbul edərsə, Alyansa üzv bütün ölkələrin parlamentləri müvafiq protokolu ratifikasiya etdikdən dərhal sonra İsveç NATO-nun üzvü olacaq.
Qeyd edilib ki, NATO-ya üzvlük İsveçin təhlükəsizliyini təmin etmək üçün ən yaxşı vasitədir, bütün Avro-Atlantika regionunun təhlükəsizliyinin möhkəmləndirilməsi yönündə həmrəylikdir: “Bu qanun layihəsi tarixi addımdır. Bu o deməkdir ki, İsveç Finlandiya ilə birlikdə NATO-ya qəbula hazır olacaq”.