Gürcüstan iki gecə davam edən şiddətli etirazlardan sonra mübahisəli “xarici agentlər” qanun layihəsini geri götürüb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Gürcüstanın hakim partiyası iki gecə davam edən şiddətli etirazlardan və Rusiyanın oxşar qanunundan ilhamlandığına dair tənqidlərdən sonra “xarici agentlər” qanun layihəsini geri götürüb.
"Gürcü Arzusu" partiyasının bəyanatında, "Biz heç bir qeyd-şərtsiz dəstəklədiyimiz qanun layihəsini qeyd-şərtsiz geri götürürük", - bildirilib.
Manşet.az