Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrel, Aİ ölkələrinin müdafiə nazirlərinə Ukraynaya silah yardımı üçün “müştərək satın alma” təklifi etdiyini bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Borrel bildirib ki, Ukraynanın müdafiə naziri Oleksii Reznikov nazirləri yerlərdə vəziyyət və ehtiyaclar barədə məlumatlandırıb və bu ayın sonuna kimi Aİ Ukraynada 11 mindən çox ordu personalına təlim keçəcək və ilin sonuna qədər bu sayın 30 minə çatacağı gözlənilir.
Borrel ilk işin NATO standartı və ya Sovet standartı olan 155 millimetr və ya 152 millimetrlik top mərmilərinin Ukraynaya göndərilməsi olduğunu bəyan edib.
Manşet.az