Avropa İttifaqının Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Josep Borrell ofisi tərəfindən edilən açıqlamada, Fələstin və İsrail tərəfləri bölgədəki gərginliyin azaldılmasına çağırıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin Ramazan ayında fələstinli ailələrin evlərinin sənədsiz olduqları səbəbiylə sökülməyə davam edəcəyini açıqlamasının ardından bölgədə gərginlik davam edir. Josep Borrell Fələstin və İsrail tərəflərini gərginliyi azaltmağa çağırıb.
Aİ və üzv ölkələrin İsrail və işğal olunmuş Fələstin ərazilərindəki vəziyyətdən çox narahat olduğu bildirilib:
"Bir çox israilli və fələstinli, o cümlədən uşaqlar zorakılıq nəticəsində əziyyət çəkir. Qəzza, İordan çayının qərb sahili, Şərqi Qüdsdəki vəziyyət narahatlıq doğurur. Biz İsrail və Fələstin liderlərini gərginliyi azaltmağa çağırırıq. Hərbi əməliyyatlar mütənasib və beynəlxalq hüquqa uyğun olmalıdır. Hər kəs tərəfindən qınanmalı olan terror hücumları və onlara dəstək verən tətbiqlər dərhal dayandırılmalıdır”.
Manşet.az