Tbilisidəki etiraz aksiyalarında iğtişaşlar zamanı Daxili İşlər Nazirliyinin 58 əməkdaşı xəsarət alıb.
Manset.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis İdarəsinin rəisi Teymuraz Kupatadze məlumat verib.
Onun sözlərinə görə, DİN-in beş əməkdaşı aldığı xəsarətlərə görə xəstəxanalara yerləşdirilib.
“Daxili İşlər Nazirliyinin beş əməkdaşı müxtəlif tibb müəssisələrində müalicə olunur. Onların həyatları təhlükədə olmasa da, ağır bədən xəsarətləri - yanıq və yaralar alıblar”, - deyə Kupatadze bildirib.