Gürcüstanda iğtişaşlar zamanı 60-a yaxın polis xəsarət aldı

14:30 - 10 Mart 2023

Gürcüstanda iğtişaşlar zamanı 60-a yaxın polis xəsarət aldı

Tbilisidəki etiraz aksiyalarında iğtişaşlar zamanı Daxili İşlər Nazirliyinin 58 əməkdaşı xəsarət alıb.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis İdarəsinin rəisi Teymuraz Kupatadze məlumat verib.

Onun sözlərinə görə, DİN-in beş əməkdaşı aldığı xəsarətlərə görə xəstəxanalara yerləşdirilib.

“Daxili İşlər Nazirliyinin beş əməkdaşı müxtəlif tibb müəssisələrində müalicə olunur. Onların həyatları təhlükədə olmasa da, ağır bədən xəsarətləri - yanıq və yaralar alıblar”, - deyə Kupatadze bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az