Birləşmiş Millətlər Təşkilatının Dünya Turizm Təşkilatının konfransına ev sahibliyi edən Səudiyyə Ərəbistanı İsrail nümayəndə heyətinə giriş vizası verməyib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Səudiyyə Ərəbistanı Dünya Turizm Təşkilatının konfransına dəvət edilən İsrail nümayəndə heyətinə viza verməkdən imtina edib.
Ər-Riyad rəhbərliyinin bu münasibətə səbəb göstərmədiyi, BMT-nin “təşkilatın bütün üzvlərinə bərabər münasibət” tələbinə baxmayaraq belə bir münasibət sərgiləndiyi bildirilib.
Səudiyyə Ərəbistanı rəsmiləri hələlik məsələ ilə bağlı açıqlama verməyib.
Manşet.az