Türkiyənin Kocaeli şəhərində ölkəyə qeyri-qanuni yollarla daxil olan 31 əcnəbi ölkələrinə göndərilib.
Manset.az Türk mediasına istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsindən bildirilib.
Kocaeli və ətraf vilayətlərdə təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq Ərazi üzrə Miqrasiya İdarəsi Gündoğdu Çıxış Mərkəzinə təhvil verilən 31 qeyri-qanuni miqrantın təhvil verilməsi tamamlanıb.
Xarici vətəndaşlar əməliyyatlardan sonra deportasiya ediliblər.
Jalə
Manşet.az