İtaliya Vaqneri ittiham etdi - Priqojin bu cavabı verdi

09:59 - 14 Mart 2023

İtaliya Vaqneri ittiham etdi - Priqojin bu cavabı verdi

İtaliya hökuməti Aralıq dənizinin mərkəzini keçməyə çalışan miqrantların artmasının arxasında Rusiyanın muzdlu “Vaqner” qrupunun dayandığını irəli sürüb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İtaliya hökuməti iddia edib ki, Vaqner qruplaşması əməliyyatları Moskvanın Ukraynanı dəstəkləyən ölkələrə cavab tədbirləri planı çərçivəsində həyata keçirib.

İtaliyanın müdafiə naziri Guido Crosetto mövzu ilə bağlı açıqlamasında bunun "hibrid müharibə strategiyası" olduğuna diqqət çəkib.

Vaqnerin icraçı direktoru Yevgeni Priqojin mövzu ilə bağlı öz Telegram kanalında deyib: “Miqrant böhranının nədən qaynaqlandığını bilmirik, bu bizi maraqlandırmır”.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az