Nyu-Yorkda mağazaya daxil olan iki qadın digər müştərilərə fiziki təzyiq göstərib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, xəbərdarlıq üzərinə hadisə yerinə gələn Nyu York polis qrupları qadınları sakitləşdirməyə çalışsalar da, buna nail ola bilməyiblər. Bunun üzərinə qadınları saxlamaq üçün hərəkətə keçən polis gözlənilməz müqavimətlə qarşılaşıb.
Nəzarətə götürülmək istəməyən qadın polisi dişləməyə çalışıb. Polis məmuru qadının boğazına yumruq vuraraq onu yıxıb.
Manşet.az